Şəmkirdə gəlin maşını azyaşlı piyadanı vurub
23 avqust, 2013 22:18
Şəmkirdə toy karvanı ilə gedən gəlin maşını 10 yaşlı uşağı vurub öldürüb.
Bu barədə məlumatı ERtv-yə Şəmkir rayon Polis Şöbəsindən veriblər.
Məlumata görə Şəmkir-Çinarlı yolunun kənarında, Şəmkir şadlıq sarayının qarşısında rayon sakini 26 yaşlı Pərviz Qarayev idarə etdiyi Rang Rower markalı avtomobillə, rayon sakini, 2003-cü il təvəllüdlü Həsən Rzayevi vurub. Azyaşlı hadisə yerindəcə dünyasını dəyişib.
Polisdən verilən məlumata görə hadisə şahidləri bildirib ki, uşaq rayon adət ənənəsinə əsasən toy karvanında bəylə gəlini aparan avtomobilin qarşısını kəsib pul almaq istəyərkən maşın onu vurub. Hazırda faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.