Boru kəmərləri ilə 20,229 milyon ton neft daşınıb
23 avqust, 2013 21:54
Bu ilin yanvar-iyul ayları ərzində sayğac göstəriciləri əsasında 20 mln. 229 min 920 ton xam neft ixrac olunub.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövründən 4% az olub.
Bu dövrdə boru kəmərləri ilə daşınan xam neftin böyük miqdarı Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.
Hesabat dövründə bu boru kəməri ilə 16 mln.432 min 544 ton xam neft ixrac olunub.
İlin yeddi ayında digər boru kəməri Bakı-Supsa kəməri ilə 2 mln. 261 min 863 ton xam neft ixrac edilib.
Bu dövrdə Şimal boru kəməri ilə ixrac olunan neft isə cəmi 993 min 170 ton təşkil edib.
Yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 542 min 342 ton xam neft daşınıb.