Hazırda domenlərin illik qiyməti çox da baha deyil, lakin domenlərin sayı çoxaldıqca qiymət müəyyən qədər aşağı salına bilər.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın milli “*.az” domeninin 20 illiyinə həsr edilmiş konfransda çıxışında qeyd edib.
Nazir bildirib ki, domen adlarının sentyabrın 1-dən onlayn qeydiyyatının başlanması da domenlərin sayını artıracaq.
Qeyd edək ki, birinci səviyyəli domenlərin (.az) qiyməti 20 manat, ikinci səviyyəli domenlərin (com.az, net.az, biz.az və.b) dəyəri 10 manat təşkil edib.
Konfransda, həmçinin qeyd olunub ki, son 10 il ərzində 18 mindən çox domen qeydə alınıb.
Qeydiyyata alınan domenlərin sayının illik artımı təxminən 20 faiz olur.