Bəstəkar Gövhər Həsənzadə qızının doğum gününü qeyd edib.
ERtv xəbər verir ki, balaca Nilgünün doğum günü məclisinə nüfuzlu iş adamları, həmçinin millət vəkili Qənirə Paşayeva da qonaq olub.
Şou-biznes nümayəndələri də şənlikdə iştirak ediblər.
Onların sırasında Elnur Məmmədov, Natavan Həbibi, İlhamə Quliyeva, Yaşar Baxış, Nigar İbrahimova, Kərim Abbasov, Xatirə İslam, Mübariz Tağıyev, Zülfiyyə Xanbabayeva qızı Dəniz ilə, bəstəkar Vaqif Gərayzadə qızları Banuçiçək və Əsmər ilə, Lalə Məmmədova qızı Nərgiz ilə və başqaları olub.
Qeyd edək ki, Kərim Abbasov, Almaz Ələsgərova, Natavan Həbibi, Lalə Məmmədova, Xatirə İslam, İlhamə Quliyeva öz mahnı sovqatları ilə məclisə rəng qatıblar.
Nilgünün doğum gününün ən maraqlı məqamı tort kəsildikdən sonra başlayıb. Ad günü keçirilən məkanın həyətinə gətirilən atlar böyük heyrətə səbəb olub. Uşaqlar ata minib, dövrə vurublar. Uşaqlar ilə birgə viziajist-stilist Nigar İbrahimova da atlar sürprizinə biganə qalmayıb. O, atlarla birgə fotosessiya elətdirib.
Möhtəşəm doğum günü şənliyinin sonunda isə atəşfəşanlıq olub.