Təhsil naziri Mikayıl Cabbarovun Facebook səhifəsi yaradılıb.
ERtv-nin məlumatına görə nazir öz səhifəsində ön söz yazaraq səhifənin təhsil sahəsi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Nazir həmçinin, müasir dövrdə sosial şəbəkələrin insanlara təqdim etdiyi imkanların səmərəli olduğunu da diqqətə çatdırıb.
“Əziz dostlar! Sizi rəsmi Facebook səhifəmdə salamlayıram.
Müasir dövrdə sosial şəbəkələrin bizə təqdim etdiyi imkanlardan yararlanmaqla vətəndaşları maraqlandıran məsələlər barədə müvafiq məlumatların geniş ictimaiyyətə çatdırılmasını asanlıqla təmin edə bilirik. Bu, fəal vətəndaş cəmiyyətinin təşəkkülü prosesinə təkan verir, qarşımızda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində şəffaflığı artırır.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarına, ölkənin təhsil həyatında baş verən yeniliklərə cəmiyyətdə olan maraq Təhsil Nazirliyinin açıq informasiya siyasətini şərtləndirən əsas amillərdəndir.
İnanıram ki, bu səhifə təhsil sahəsi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasının səmərəliliyinin artırılması baxımından mühüm rol oynayacaqdır”.