Salyanda avtomobil aşdı, sürücü öldü
22 avqust, 2013 10:23
Salyan rayonunda avtomobilin aşması nəticəsində sürücü hadisə yerindəcə dünyasını dəyişib.
RPŞ-dən ERtv-nin bölgə müxbirinə verilən məlumata görə, qəza hadisəsi ötən gün axşam saatlarında, Salyan-Şirvan yolunun 43-cü kilometrliyində rayonun qaraçala qəsəbəsi ərazisində qeydə alınıb.
Rayonun Təzəkənd kənd sakini, 30 yaşlı İlkin Əliağa oğlu Şahbazov idarə etdiyi “Vaz-2107” markalı minik maşını ilə hərəkətə olarkən qəfil idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib.
Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.