Bakıda bina yandı: hamilə qadın xilas edildi
22 avqust, 2013 10:22
Paytaxtda hündürmərtəbəli binada yanğın olub.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat ximdətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, gecə saatlarında Nəsimi rayonunda 17 mərtəbəli yaşayış binasında elektrik kabelləri 220 p.m yanıb.
Yanğın zamanı 1 nəfər hamilə qadın yanğınsöndürənlər tərəfindən xilas olunmuş və 9 nəfər sakin təxliyyə olunub.
Şaxtadan keçən digər komunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub.