Turist qız köpək balığının qurbanı oldu
22 avqust, 2013 10:21
Bir həftə əvvəl Havay adalarında istirahət zamanı köpək balığının hücumuna məruz qalan almaniyalı turist qız dünyasını dəyişib.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həlak olanın ailəsi məlumat verib.
Məlumata görə, köpək balığı 20 yaşlı Yana Latterroppaya Maui adası çimərliyində çimərkən hücum edib və qızın sağ qolunu qopardıb. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İnsident 2013-cü ildə qeydə alınan yeddinci belə hadisə olub.