“Xətai-Həzi Aslanov-2” sahəsinin inşası başlanıb
22 avqust, 2013 10:18
Bakı Metropoliteninin Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” sahəsində inşaat işlərinə başlanıb.
ERtv-nin metropolitenə istinadən verdiyi xəbərə görə, sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdıraraq, inşaat işlərinə başlayıblar.
“Azərtunelmetrotikinti”nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini Azərbaycandakı tərəfdaşı “Akkord”un vasitəçiliyi ilə Fransanın “Buiq” və Ukraynanın “İnterbudmontaj” şirkətləri yerinə yetirirlər.