Xəbərlər

İsa Qəmbər Milli Şuranın qərarını gözləmədən sənədlərini MSK-ya verir?
22 avqust, 2013 10:16

Müsavat Partiyası İsa Qəmbərin namizədliyini rəsmən irəli sürmək və bununla əlaqədar olaraq müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün hazırlıqlara başlayıb.

ERtv-nin verdiyi xəbərə əsasən, bunu “Teleqraf.com” əməkdaşına adının çəkilməsini istəməyən Müsavat Partiyasının funksioneri deyib.

O, bildirib ki, hazırda Milli Şurada vəziyyət qeyri-müəyyəndir. Üstəlik vahid namizədin Bakıya qayıdacağı ehtimalı getdikcə aşağı düşür, alternativ namizədin nüəyyən edilməsinə isə ACP, ALP, EL Hərəkatı ciddi maneçilik törədirlər.

Bu isə Milli Şuranın seçkilərdən kənarda qalması riski yaradır. Müsavat Partiyası isə özünü başqa təşkilatların verəcəyi qərardan asılı vəziyyətə salmaq niyyətində deyil və bu səbəbdən də, müxalifətin seçkilərdə iştirakı üçün lazım olan hər şeyi edəcək.

Müsavat Partiyasının nümayəndəsi daha sonra əlavə edib ki, artıq İsa Qəmbərin seçki qərargahı yaradılıb, bu qurum ciddi şəkildə işləyir və çalışıb əhatə dairəsini genişləndirir. Hətta bu prosesə bitərəf şəxslərin də cəlb olunmasına start verilib.

Mənbə, prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması müddətinin getdikcə azaldığına diqqət edərək bildirib ki, Müsavat Partiyası bu həftə ərzində İsa Qəmbərin namizədliyini irəli sürməyi planlaşdırır.

Onun sözlərinə görə, bu məqsədlə Müsavat Məclisinin toplantısı çağırılacaq, toplantıda namizədlik məsələsinə baxılacaq və sənədləşmə işləri həyata keçiriləcək. Daha sonra isə MSK-ya müvafiq müraciət olunacaq. Müsavat Partiyası hesab edir ki, ən geci sentyabrın 6-na qədər tələb olunan 40 min imzanı toplayaraq MSK-ya təqdim etmək lazımdır.

Bu məqsədlə də hazırda regional təşkilatlara müvafiq təlimatlar verilib.

Hər kəs İsa Qəmbər üçün imza toplamağa hazır vəziyyətə gətirilib. Belə qeyri- müəyyənlik davam edəcəyi təqdirdə, həftənin sonlarına yaxın İsa Qəmbərin sənədləri MSK-ya təqdim ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.