Müsavat Partiyasının tanınmış simalarından olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimli və onun tərəfdarları arasında iplər yenidən gərilib.
Belə ki, adıçəkilən baş yazar onun özünün də təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının (İP KŞ) dünənki gərgin toplantısından sonra Facebook səhifəsində paylaşdığı son statusunda yenə konkret ad çəkməsə də, amma AXCP sədrini və tərəfdarlarını daha sərt ifadələrlə tənqid edib.
“Onu bu gün İP-də ciddi tənqid elədim. Heç belə olmamışdı...” - deyə, qeyd edən baş yazarın sonra yazdığına görə, hətta, sonradan İP KŞ-dəki dostlarından biri həmin şəxsin ona niyə cavab verməməsi ilə də maraqlanıb.
“...Dostlardan biri soruşub ki, nə əcəb heç nə demədi... Dedim, axşam bir baxarsınız... Getdi, itlərini açıb buraxmağa... Yanılmadım...” - deyə, R.Arifoğlu sözlərinə əlavə edib.