Xəbərlər

Musa Quliyev: “Kimə təklif edirlər namizəd ol, hamısı başını götürüb qaçır”
22 avqust, 2013 10:14

İsa Qəmbər də, Əli Kərimli də indiyə qədər dəfələrlə seçkiyə qatılıblar.

Ancaq istər prezident seçkilərində, istər parlament seçkilərində hər dəfə uğursuzluğa düçar olublar.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Musa Quliyev dilə gətirib.

Onun sözlərinə görə, 1993-cü ildən bu yana müddət artdıqca, məsafə uzandıqca onların uğursuzluq zolağı daha da genişlənir.

“Buna görə onların heç birinin seçkilərə qatılmasının elə bir əhəmiyyəti yoxdur.  Görünür bunu nəhayət, anladıqlarından məhz 19 avqust toplantılarında da bir nəticə əldə edə bilməyiblər.

Kimə təklif edirlər vahid namizəd ol, hamısı başını götürüb qaçır ki, yox, vahid namizəd olmaq istəmirəm. Zahid Oruc təkbaşına mübarizəyə atılır, amma bunlar hamısı neçə il müxalifətdə olan insanlar deyir ki, yox, mən vahid namizəd olmaq istəmirəm.

Yəni, onlar öz aqibətlərini görürlər,  proqnozlaşdırırlar və istəyirlər ki, sonradan həm Azərbaycan xalqı, həm də onların özləri hansısa başqa birisinə - vahid namizəd qismində çıxış edən şəxsə gülsün, bütün uğursuzluqları onun üzərinə yıxsın.

Ona görə hər halda vahid namizəd qismində çıxış edən şəxs kim olacaqsa, indidən bunları  göz altına almalıdır...”

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.