Xəbərlər

Çılpaq qadın zorla sudan çıxarıldı
21 avqust, 2013 20:09

İnternetdə Kiyev xilasedicilərinin çılpaq çimən qadını Dnepr çayından necə sudan çıxarmalarını əks etdirən video yayılıb.

Qadın 10 dəqiqə sudan çıxmaqdan imtina edib və Fövqəladə Hallar İdarəsinin əməkdaşlarından qaçıb.

ERtv Ukrayna mətbuatına istinadən xəbər verir ki, çayda qadının olması xəbərini şahidlər veriblər. Onlar üzən qadının Dneprin güclü axını qarşısında pis davam gətirdiyini bildiriblər.

Xidmət əməkdaşları hadisə yerinə gəldikdə isə, onlar qadına yaxın üzüblər və onun tamamilə çılpaq olduğunu görüblər. Bundan əlavə, qadın aqressiv şəkildə onların köməyindən imtina edib və üzərək onlardan uzaqlaşmağa çalışıb. Əməkdaşlar nəhayət onu sudan çıxmağa və gəmiyə minməyə məcbur edə biliblər.

Qadını ədyala bürüyərək sahilə çıxardıblar. Həkim baxışından sonra qadının psixi vəziyyətinin qaydasında olmadığı məlum olub.

Məlum olub ki, Kiyevə qonaq gələn 28 yaşlı Dnepropetrovsk sakini bu yaxınlarda həkimin tövsiyə etdiyi depressiya əleyhinə dərmanları qəbul etməkdən imtina edib. Həkimlərin fikrincə məhz bu vəziyyət qadını bu cür davranmağa sövq edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.