ABŞ-ın Miçiqan Universitetinin “Bank of America”da təcrübə keçən tələbəsi bir neçə gün istirahət etmədən işləyərək gözlənilmədən keçinib.
Hadisə Londonda baş verib.
ERtv xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.
21 yaşlı Morits Erhard ABŞ-dan Londona mübadilə üzrə gəlib. O, ötən həftənin cümə axşamı Şərqi Londonda tələbə yataqxanasında ölü vəziyyətdə tapılıb. Polis və bank əməkdaşları onun üzərində zorakılıq əlamətlərinin olmadığını bildiriblər.
“Tələbə öz yaşıdları arasında populyar olub və bizim şirkətin parlaq gələcəyi olan çox çalışqan təcrübəçisi idi”, - deyə Amerika bankının rəsmi bəyanatında bildirilir.
Erhardın ölümü bu bankda təcrübədə olan şəxslərin dəhşətli əmək şəraitində işlədilməsinə işıq saldı. Görünür, bu bankda işçiləri 24 saat işləməyə məcbur ediblər.