İndi təcavüzə uğrayan qadını çox böyük cəza gözləyir.
ERtv-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Isparta şəhərinin Yalvaç rayonunda baş verib.
Qadın ona silah zoru ilə təcavüz etdiyini irəli sürdüyü 35 yaşlı Nurəddin Gidəri ov tüfəngi ilə öldürəndən sonra kişinin başını kəsib və kəndin ortasındakı meydana tullayıb.
2 uşaq anası olan Nevin Yıldırım barəsində “əvvəlcədən planlaşdırmaq yolu ilə qəsdən adam öldürmək” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası qərarı çıxarılıb. Qadının 29 yaşı var.
O, ona təcavüz edən Nurəddinin əvvəlcə cinsiyyət nahiyəsinə atəş açıb, sonra onun başını kəsərək torbaya qoyub və “budur, namusuma əl uzadanın kəlləsi” deyərək, meydanın ortasına atıb.
Hadisədən sonra jandarmalar tərəfindən həbs olunan Nevin Yıldırım barəsində cinayət işi açılıb və o, Isparta E tipli Qapalı Cəzaevinə göndərilib. Ötən ilin 17 noyabrında 3,5 kq çəkidə qız uşağını dünyaya gətirən qadının istəmədiyi və imtina etdiyi körpə Isparta Ailə və Sosial Siyasət İdarəsinin sığınacağına yerləşdirilib. 3 tərbiyəçinin baxdığı günahsız körpəyə ölkənin baş naziri R.T.Ərdoğan və onun həyat yoldaşı Əminə Ərdoğan tərəfindən “Elif Sıla” adı verilib. Uşağın atasının Nureddin Güler olduğu təsdiqlənib.