Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 2 mlrd. 299 mln. 475 min dollar təşkil edib.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanla MDB ölkələri arasında bu ilin yeddi ayında həyata keçirilən ticarət əməliyyatları ötən ilin analoji dövründən 16% artıq olub.
MDB ölkələri ilə aparılan ticarət əməliyyatlarının 1 mlrd. 497 mln. 889 min dolları idxalın, 801 mln. 586 min dolları isə ixracın payına düşüb.
Göründüyü kimi, bu birliyə daxil olan ölkələrlə Azərbaycanın ticarət dövriyyəsində 693 mln. 303 min dollar məbləğdə mənfi saldo yaranıb.
Bu ilin yeddi ayında Azərbaycandan MDB ölkələrinə ixracın həcmi təxminən 30%, MDB ölkələrindən idxalın həcmi isə 15% artıb.
Bu ölkələrdən idxal Azərbaycanın hesabat dövründə ümumi idxalının 24%-ni, Azərbaycanın MDB ölkələrinə ixracı isə ümumi ixracın 5%-ni təşkil edib.