Xəbərlər

“TASİM” layihəsinin Avrasiya Bağlantı Alyansı üzrə qətnaməsi qəbul ediləcək
21 avqust, 2013 20:01

Sentyabrın 4-də Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamənin müzakirəsi gözlənilir.

ERtv-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi xəbərə görə, qətnamə Nyu Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində müzakirə olunacaq.

Azərbaycan tərəfindən “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş direktorunun müavini Vu Hunqbo, ABŞ-ın dövlət katibinin İnformasiya siyasəti və beynəlxalq kommunikasiyalar üzrə əlaqələndiricisi Daniel Sepulvelda, Litva və Macarıstanın rabitə administrasiyalarının rəhbər nümayəndələri, Ümumdünya İqtisadi Forumun informasiya texnologiyaları və telekommunikasiyalar rəhbəri Alan Markus, “Orbital Sciences Corporation” və “Turk Telecom” şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

“Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” başlıqlı qətnamə layihəsi “Trans-Avrasiya Super İnformasiya Magistralı” haqda 67/194 saylı qətnamənin davamıdır.

Layihə davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur.

Qətnamə layihəsi bu ilin sentyabr ayının 28-dən gec olmamaq şərtilə razılaşdırılmalı və BMT Katibliyinə təqdim olunmalıdır. Hazırda qətnamə layihəsi üzrə BMT-yə üzv dövlətlər arasında intensiv məsləhətləşmələr aparılır.

TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.

Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədə keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

Layihənin təşəbbüsü 2008-ci il noyabrında 14-cü Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgisi və konfransı (Bakutel) çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən irəli sürüb.

2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunur.

TASİM uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. Bu prosesin 2013-cü ilin axırında başa çatdırılması nəzərdə tutulur.

İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdiriləcək və TASİM şəbəkəsinə birləşdiriləcək. İkinci mərhələdə TASİM layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.