Xəbərlər

Sabir Rüstəmxanlının nümayəndəsindən Milli Şuradakı bəzi partiya sədrlərinə sərt sözlər…
21 avqust, 2013 19:55

Dünənə kimi izi-tozu olmayan bəzi partiyalar gəlib, mənə namizəd seçəcək, mən də onu dəstəkləyəcəyəm...

Mitinqə 5 nəfər çıxara bilməyən hansı haqla gəlib mənim əvəzimə qərar verə bilər?

ERtv xəbər verir ki, bunu Milli Şurada təmsil olunan  Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Aparat rəhbəri Samir Əsədli  öz “facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.

“Bir sıra KİV-də məlumat gedib ki, Milli Şuranın rəhbərliyi toplaşdı. Xatırladım ki, Milli Şurada olan partiya sədrlərinə hörmətim sonsuzdur, amma Milli Şura rəhbərliyi deyilən bir anlayış yoxdur” - deyə, qeyd edən VHP rəsmisi sonra bildirib ki, sadəcə, Milli Şuranın üzvləri və o, üzvlərin də seçdiyi sədr var.

“Sədr də burda yoxdur. Milli Şura da 6 partiyadan ibarət deyil. Digər təşkilatlar, gənclər hərəkatları, müstəqil ziyalılar var  Milli Şurada. Dünənə kimi izi-tozu olmayan bəzi partiyalar gəlib, mənə namizəd seçəcək, mən də onu dəstəkləyəcəyəm...

Mitinqə 5 nəfər çıxara bilməyən hansı haqla gəlib mənim əvəzimə qərar verə bilər? Əvvəldən İctimai Palata daxilində bu məsələ öz həllini tapsa idi, iddiası özündən yekə olanların sayəsində məsələ bu qədər uzanmazdı” - S.Əsədli sonda sözlərinə əlavə edib.

Qeyd edək ki, Milli Şuranın 18 avqust mitinqində  daha çox Müsavat və AXCP-nin üzvləri iştirak ediblər.

 ACP, KXCP, ALP və “EL” Hərəkatından  mitinqə qatılanlar isə barmaqla sayılacaq dərəcədə az olublar və bu da öz növbəsində mitinqdən sonra sosial şəbəklərdə, müxalif medianın özündə ciddi müzakirə predmeti olub, hətta, istehza, kinayə obyektinə çevrilib.

Bu baxımdan, öz statusunda VHP rəsmisi həmin partiyaların adlarını çəkməsə də, görünən odur ki, o, məhz ACP, ALP, KXCP və “EL” Hərəkatını nəzərdə tutub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.