Əli Kərimlinin müavini Milli Şura rəhbərliyinin qərarına etiraz edib
21 avqust, 2013 19:54
Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev Milli Şura rəhbərliyinin qurumun növbəti sessiyasını avqustun 26-na təyin etməsi haqda qərarına narazılığını bildirib.
ERtv xəbər verir ki, R.Nurullayev bu barədə fikirlərini özünün “Facebook” səhifəsində paylaşdığı statusda ifadə edib:
“İkinci vahid namizədlə bağlı razılıq əldə olunub.
Bu çox gözəl. Amma, Milli Şuranın növbəti sessiyasının ayın 26-na salınmasını başa düşə bilmədim.
Bunun da izahı verilsə yaxşı olar. 5 gün bundan sonraya. Nə isə...”