Xəbərlər

Xan Şuşinskinin doğum günüdür
20 avqust, 2013 19:51

Bu gün Azərbaycanın korifey sənətkarı, SSRİ xalq artisti Xan Şuşinskinin doğum günüdür.

ERtv xəbər verir ki, İsfəndiyar Aslan oğlu Cavanşir (Xan Şuşinski) 1901-ci il avqustun 20-də Şuşada anadan olub.

Mənsub olduğu Cavanşirlər sülaləsi Qarabağ xanlarından sayılırdı. İsfəndiyarın atası Aslan ağa oğlunun yaxşı səsi olduğunu görüb, onu Segah İslamın yanına aparmaq qərarına gəlir, xanəndədən uşağa muğamın sirlərini öyrətməyi təvəqqe edir. Beləliklə, məktəbə getməklə yanaşı, İsfəndiyar həm də xanəndədən xüsusi dərs alır... Günlərin birində isə bəy evindəki məclisdə İsfəndiyarın ifası hamını heyran qoyur. Həmin gün məclisdəkilərin hamısı bir ağızdan deyir ki, “bu gündən adın olsun Xan Şuşinski”.

Elə o vaxtdan İsfəndiyar Aslan oğlu Cavanşir Xan Şuşinski adı ilə fəaliyyət göstərməyə başlayır. Tezliklə şöhrəti hər yerə yayılır. Dəfələrlə Opera və Balet Teatrında işləməyə dəvət etsələr də, razılaşmır. Yalnız xanəndə kimi fəaliyyət göstərir.

Xan Şuşinski Bakıda ilk konsertini 1929-cu ildə filarmoniyada verib. Misli görünməyən bu konsertdən sonra Xan Şuşinski Mircəfər Bağırov tərəfindən də qəbul olunur. Mircəfər Bağırovun əmri ilə Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir.

Bundan sonra Xan Şuşinski fəaliyyətini daha da genişləndirir. Sovetin xan, bəy adına qəti qadağa qoyduğu dövrdə Xan adını qazanaraq 50 ildən artıq müddətdə həm sənətinin, həm də şəxsiyyətinin xanı olaraq mədəniyyətə xidmət edir. Azərbaycan musiqi tarixində ilk dəfə olaraq 1943-cü ildə əməkdar artist adını almadan, SSRİ xalq artisti adına və “Şərəf” ordeninə layiq görülür. “Şuşanın dağları”, “Ay qəşəng ceyran” və başqa mahnıların bəstəkarıdır.

Azərbaycan musiqisinin xanı Xan Şuşinski 1979-cu il martın 18-də 78 yaşında vəfat edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.