Xəbərlər

Astarada çəltik biçininə başlanıb
20 avqust, 2013 19:38

Astara rayonunda çəltik biçininə başlanıb.

Bir həftədir ki, aparılan biçin işlərindən ötrü sahələrə texnikalar cəlb olunub.

ERtv-nin bölgə müxbiri xəbər verir ki, ötən il olduğu kimi, bu il ildə ən çox çəltik əkini rayonun 5 kəndinin daxil olduğu Səncərədi ərazi icra nümayəndəliyində (əhali sayı 5500-dür,1240 təsərrüfatı var) keçirilib. Burada daha çox “Haşimi”, “Həsəni”, “Sədri” , “Xəzər”, “Çin” və “Şaban” növündən olan çəltik əkilib.

Havaların əlverişli keçməsi, eləcə də düzgün aqrotexniki qulluq məhsuldarlığın artmasına səbəb olub. Belə ki, əgər ötən il hər hektardan sortuna görə 50-60 sentner məhsul götürülmüşdürsə, bu il çəltikçilər hər hektardan 70-75 sentner məhsul əldə edirlər.

Çəltikçiliyin sərfəli sahə olduğunu deyən fermerlər tamamilə əl əməyindən istifadə olunduğuna və maya dəyərinin çoxluğuna görə düyünü istədikləri qiymətə sata bilmədiklərindən gileylənir. Artupa kənd sakini fermer Barat Həmidovun sözlərinə görə, istehsal etdikləri düyünü 2 manat  50 qəpiyə satırlar. Amma bazar qiymətindən bir az yuxarı, yəni 4 manatadək olsa, ona çəkilən xərci götürmək olar.

Fermer Fəxrəddin Məhərrəmov isə deyir ki,  min bir əziyyətlə əkdikləri çəltiyin suvarılmasında  iyul-avqust ayında çətinliklərlə üzləşirlər. Digər problem isə yüksək məhsuldarlığa nail olmaq, məhsulun maya dəyərini aşağı almaq üçün elit toxumların olmamasıdır. “Hazırda mövcud olan toxumlar cırlaşıb. Mini texnikalar çatışmır. İstifadə etdiyimiz kombaynlar arpa, buğda üçün uyğunlaşdırılıb. Ancaq çəltikçilik növünə ayrılan texnika olsa, məhsul itkiyə getməz”. Sadalanan məsələlərlə bağlı Astara Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət olunsa da, problemlər həll olunmamış qalıb.

Fermerlərin dediklərinə münasibət bildirən rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov bu istiqamətdə iş aparıldığını, toxumçuluqla yanaşı, həmçinin bu sahəyə lazım olan kənd təsərrüfatı texnikasının ölkəyə gətirilməsi üçün də müvafiq qurumlara müraciət olunduğunu dedi.

Texnikaların rahat işlədilməsi üçün fermer koopersiyalarının yaradılmasının vacibliyini, bu istiqamətdə işlər görüldüyünü deyən icra rəsmisi bildirdi ki, növbəti il 50 hektar ərazidə torpaq sahələri birləşdirilərək çəltik əkini aparılması nəzərdə tutulub.

Suvarma məsələsinə gəldikdə isə F.Əhmədov bildirdi ki, keçən il çətinliklər olsa da, bu il qismən aradan qaldırılaraq köməkçi su kanalları çəkilib və mövcud su arxları təmizlənib.

Qeyd edək ki, 2012-ci ildə rayon üzrə 149 hektar çəltik əkini aparılmışdısa, bu il 21 hektar artırılaraq 170 hektara çatıb. Məhsuldarlığa gəlincə, ötən il rayonda 700 ton çəltik yığılıb. Bu il isə 850 ton məhsul götürüləcəyi proqnozlaşdırılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.