Xəbərlər

Üç rayona təbii qazın verilməsində fasilə yaranıb
20 avqust, 2013 19:36

Bu gün səhər saatlarından Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb.

Bu barədə ERtv-yə Zaqatala Qaz İstismar Sahəsindən məlumat verilib.

Sahənin növbətçi hissəsindən verilən məlumata əsasən, bu gün səhər saat 08:30 radələrindən ölkənin şimal-qərb bölgəsinə daxil olan Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayandırılıb.

Fasilələrin yaranmasına səbəb kimi 530 mm-lik Yevlax-Balakən magistral qaz kəmərinin 58-59-cu, 59-61-ci və 61-62-ci km-lərinə yeni qaz xətlərinin qoşulması göstərilir. Səhər saatlarında etibarən Ağdaş Magistral Kəmərləri İdarəsinin əməkdaşları kəmərin adıçəkilən hissələrində yeni xətlərin birləşdirilməsi işlərini həyata keçirir.

Zaqatala Qaz İstismar Sahəsindən bildirilib ki, kəmərdə xətlərin dəyişdirilməsi başa çatan kimi rayonlara təbii qazın verilməsi bərpa olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.