Xəbərlər

Litva baş naziri: “Səfirlər etimadı itiriblər”
20 avqust, 2013 19:29

Telefon danışıqlarının internetdə yayılması ilə bağlı qalmaqalda adı hallanan Litvanın Azərbaycandakı və Macarıstandakı səfirləri onlara olan etimadı itiriblər.

Gün.Az “Delfi” portalına istinadən xəbər verir ki, bunu Litvanın baş naziri Algirdas Butkyaviçyus jurnalistlərə deyib.

Baş nazir bu məsələni Litva prezidenti ilə müzakirə etdiyini bildirib:

“Bu səfirlər etimadı itiriblər və onlarla bağlı yaxın vaxtlarda qərar qəbul olunacaq. Hələlik mən öz adımdan danışıram, amma XİN-in müvafiq araşdırmalarından sonra yekun qərar qəbul ediləcək”.

Litvanın xarici işlər naziri Linas Linkyaviçyus isə baş nazir Algridas Butkyaviçyusun telefon danışıqları internetdə dərc olunan səfirlərə etibar etməməsini nazirlikdə aparılan araşdırma ilə əlaqələndirməyib.

XİN rəhbəri deyib ki, baş nazir rəsmi şəxs kimi öz şəxsi mövqeyini bildirib və onun mövqeyinə hörmətlə yanaşmaq lazımdır:

“Baş nazir sadəcə etibar etmədiyini deyib, amma mən bunu araşdırma və digər məsələlərlə əlaqələndirmək istəməzdim”.

Qeyd edək ki, iyulun 8-də Youtube-da Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas, Macarıstandakı səfir Renatas Yuşka, Litva XİN-in “Şərq Tərəfdaşlığı” siyasəti departamentinin direktor müavini Zenonas Kumetaytis və XİN-in əməkdaşı Gediminas Kasputisin telefon danışıqları yerləşdirilib.

Söhbətdə Azərbaycan və Ermənistan arasındakı münasibətlər müzakirə olunur və litvalı diplomatlar Dağlıq Qarabağ münaqişəsinə dair ermənipərəst mövqe ifadə edir, R.Yuşka Dağlıq Qarabağın “Arsax” adlandırılmasına tərəfdarı olduğunu deyir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.