Xəbərlər

Seyid Camal Əzimbəyli: “Milli Şuranın “dindar oyunu” - riyakar şoudur”
20 avqust, 2013 19:27

Milli Şuranın avqustun 18-də keçirilmiş mitinqinə dindarların cəlb olunması cəhdi narazılıq doğurub.

ERtv İslam.Az portalına istinadən xəbər verir ki, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Cəmal Əzimbəyli bununla bağlı öz narazılılğını bildirib:

“Mən həm öz adıma, həm də həqiqi dindarlar və həqiqi mənəviyyat adamları adına qeyd edim ki, Azərbaycanda mövcud dini və milli tolerantlıq dünyanın heç bir ölkəsində olmayacaq qədər yüksək səviyyədədir.

Hətta o qədər yüksək səviyyədədir ki, digər ölkələrin Bakıdakı emissarları da bundan “məharətlə istifadə etməyə çalışırlar”.

Çox təəssüflər olsun ki, adını Milli Şura qoyan bir birlik əksinə, millətə, Azərbaycan milli məfkurəsinə, Azərbaycan milli heysiyyatına zidd addımlar atır, hətta özlərini din təəssübkeşləri göstərdikləri halda heç bir dini kimliyə aidiyyəti olmayan qüvvələrin, Azərbaycanın guya dindarlarının onları müdafiə etməsi haqda fikir söyləyirlər.

Həmin mitinqlərə guya dindarların da kütləvi səviyyədə qoşulması gülünc və riyakarlıqdan ibarət, yalançı şou xarakterli təbliğatdır.

Azərbaycanda mənəvi, gözəl əxlaq sahibi olan, din və dövlət münasibətlərində hər zaman körpü rolunu oynayan onlarla, minlərlə insanlar var ki, Azərbaycan dövlətçiliyinin və xalqının hər zaman haqq sözünü söyləyiblər.

Birmənalı olaraq deyə bilərəm ki, bu gün özünü müxalifət adlandıran Milli Şuranı heç bir həqiqi din adamı və dini və  milli şəxsiyyəti bəlli olan Azərbaycanın inanclı vətəndaşı müdafiə etmir və müdafiə etməsi də gülünc və absurddur.

Milli Şuranın “qaranlıq layihələrinə”  hətta müxalif mövqeyində duran İslam Partiyası və başqa aktiv dini qrupların da qatılmaması buna sübutdur”.

S.C.Əzimbəyli Azərbaycan dindarlarının başqa ölkənin layihəsi olan Milli Şuranı dəstəkləmələrinin mümkünsüz olduğunu deyib:

“Hər bir dövlətin hökumət səviyyəsində problemləri ola bilər. Azərbaycanda da o cürdür.

Milli Şuranın rəhbərləri Azərbaycan dövlətini və hökumətini hər xırda məsələyə görə ittiham edir, özü isə dindarların vasitəsilə nələrəsə nail olmaq istəyir. Bu son anda müxalifətin saman çöpündən yapışmasına bənzəyir.

Səbəbləri də budur ki, əvvəla Milli Şura özü xarici qüvvələr tərəfindən formalaşan layihədir, dindar insanların dayandığı ideoloji təməl isə – müstəqil və xarici qüvvələr boyun əyməyən Azərbaycandır.

İkincisi isə Azərbaycan dindarı – milli həmrəylik və birlik təməlində durur.

Amma təəssüf ki, bəzi mondialist qüvvələrində islamçıları siyasətləşdirmək cəhdləri sonda bu gün Suriya və Misirdə baş verən hadisələrə gətirib çıxarır.

Qısa və konkret olaraq söyləyim ki, müxalifətdə sıx əlaqələrim olduğu üçün əminliklə deyə bilərəm: Milli Şuranın dünənki mitinqində heç bir həqiqi dindar, islamçı iştirak etməyib.

Bir neçə nəfərin həbsxanada olanların adından istifadə edib ora qatılması da elə İslama görə yolverilməz addımdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.