Azərbaycan güləşçiləri Dünya Çempionatında 3-cü yeri tutdu
19 avqust, 2013 11:54
Əvvəl qeyd etdiyimiz kimi, gənclər arasında sərbəst güləş üzrə Dünya Çempionatında Azərbaycan yığması bir qızıl və 4 bürünc medal qazanıb.
ERtv xəbər verir ki, idmançılarımız ümumi komanda hesabında 49 balla 3-cü yeri əldə edib.
Birinci və ikinci yerləri müvafiq olaraq Rusiya (62 bal) və İran (52 bal) idmançıları tutub.