Azərbaycanın qadın futbolçuları Bolqarıstan yığmasına qalib gəldi
19 avqust, 2013 11:54
Qadınlar arasında Azərbaycanın futbol yığması Bolqarıstanda təlim-məşq toplanışı keçirib.
ERtv-nin AFFA saytına istinadən verdiyi xəbərə görə, komandamız Bolqarıstanda ev sahibləri ilə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qələbə qazanıb.
Milli komandamızın oyunçularından Aliyə Vəliyeva və Aysun Əliyeva oyun zamanı xüsusilə fərqlənib.