Xəbərlər

SOCAR qaz yatağında baş verən yanğınla bağlı açıqlama yayıb
19 avqust, 2013 11:52

Dünən gecə saatlarında “Bulla-dəniz” yatağının şimal-şərq qanadında baş verən yanğında bağlı Dövlət Neft Şirkəti açıqlama yayıb.

ERtv xəbər verir ki, açıqlamada “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunduğu bildirilir.

Qeyd olunur ki, kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uyğun gəlir:

“Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib”.

Açıqlamada bildirilir ki, görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyə olunaraq sahilə çıxarılıb. Özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edib, quyunun bağlanması üçün tədbirlər planı hazırlandıqdan sonra yanğının söndürülməsinə başlanıb.

Baş vermiş hadisənin səbəbləri araşdırılır.
                                                      
90 №-li kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib.

Quyuda qazma işlərinə 06 noyabr 2012-ci ildə başlanılıb (dənizin dərinliyi - 26,5 metr).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.