İranın yeni xarici işlər naziri ilk görüşlərini azərbaycanlı və türkiyəli həmkarları ilə keçirmək istəyindədir.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə görə, İranın yeni xarici işlər naziri Məhəmməd Cavad Zərif ilk görüşlərini azərbaycanlı və türkiyəli həmkarları ilə keçirmək istəyir.
Ölkənin rəsmi dairələrindən yayılan məlumata görə, bu görüşlər İqtisadi Əməkdaşlıq Təkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin Tehranda planlaşdırılan tolantısında, eləcə də Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin ənənəvi regional görüşləri səviyyəsində keçirilə bilər.
İran tərəfinin məlumatına görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu telefon danışığında iranlı həmkarımı təbrik edərkən onu Ərzurumda təşkil edilməsi razılaşdırılmış Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin ənənəvi regional görüşünə qatılmaq üçün ölkəsinə dəvət edib.