İnvestisiyaların həçmi 45.2 milyon manata çatıb
18 avqust, 2013 16:47
2013-cü ilin II rübündə rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon manat artıb.
ERtv-nin bölgə müxbiri Zaqatala Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, investisiyalara yönəldilən xərclər nəticədə 45,2 milyon manata çatıb. O cümlədən, sərmayələrin əsas hissəsi rayonda tikinti-quraşdırma işlərinə yönəldilib. Bu isə 35,1 milyon manat təşkil edir.
Məlumatda o da qeyd edilir ki, bu ilin yanvar-iyul ayları ərzində rayonda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 242,1 manat, orta aylıq pensiyanın məbləği 136,6 manat olub. Əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6,4 faiz artıb.