Amerikanın “International Business Times“ qəzeti “Trans-Anadolu qaz kəməri Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlini təmin edəcəkdir” sərlövhəli məqalə dərc etmişdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, müəllif Devid Kaşi öz məqaləsində yazır ki, Trans-Anadolu qaz kəməri layihəsinin həyata keçirilməsinə 8 milyard dollar sərmayə qoyulacaqdır. ARDNŞ-dən alınan məlumata görə, Trans-Anadolu qaz kəmərinin tikintisi 2014-cü ildə başlanacaq, 2018-ci ildə başa çatacaqdır.
ARDNŞ-in Türkiyədəki nümayəndəliyinin prezidenti Kənan Yavuz demişdir ki, kəmərin tikintisində təqribən 2 milyon ton borudan istifadə ediləcəkdir. Layihənin həyata keçirilməsi yeni iş yerləri yaradacaqdır. Trans-Anadolu qaz kəməri Transadriatik qaz kəmərinə birləşəcək və beləliklə, təbii qazın Azərbaycandan Avropaya nəqli üzrə Cənub dəhlizi layihəsini tamamlayacaqdır.