Xəbərlər

Rauf Arifoğlu: "Rüstəm İbrahimbəyov lider deyil, siyasətçi heç deyil"
18 avqust, 2013 16:44

18 avqust tarixində Yeni Müsavat qəzetində qəzetin baş redaktoru Rauf Arifoglunun köşə yazısı dərc edilib.

ERtv musavat.com saytına istinadən xəbər verir ki, R.Arifoğlu yazısında Rüstəm İbrahimbəyov haqda tənqidi fikirlər səsləndirib.

"Rüstəm İbrahimbəyov hər nə qədər iddia etsə də ki, o, Moskvada oturub, hərəkatın müvəffəqiyyəti üçün maliyyə toplayır; hələ  ki, heç bir halda bu arqument özünü doğrultmayıb. Ola bilər, Rüstəm müəllim Eldar Namazova və 3-4 yaxın tərəfdaşına maaş verir. Lakin son dərəcə həlledici, mühüm bir nöqtə olan 18 avqust aksiyası üçün əsas aparıcı təşkilatlara 1 manat, hətta 1 qəpik də olsun, kənardan pul verilməyib!

Əgər Milli Şuranın rəhbəri Tiflis əvəzinə Bakıya gəlsə idi; indi də Bakıda (ya da Kürdəxanıda) olsa idi, vəziyyət də, gedişat da tamamilə fərqli olacaqdı. İnsanlar hətta öz liderlərinin həbsxanaya düşməsindən də impuls alacaqdılar; şüarlar daha konkret, daha praktik, daha olumlu olacaqdı. Ancaq cənab İbrahimbəyov  bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı -  sübut elədi ki, o, lider deyil, siyasətçi heç deyil; sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar",- deyə R. Arifoğlu bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.