Xəbərlər

Ali məktəblərə yerləşdirmənin nəticələri məlumdur
17 avqust, 2013 21:53

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi müsabiqəsinin nəticələri məlumdur.

ERtv TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə (bütün mobil operatorlardan) öyrənə bilərlər.

Qeyd edək ki, bu il abituriyentlər ilk dəfə olaraq yerləşdirmənin nəticələrinin elan olunması ilə bağlı məlumatları TQDK-nın "Facebook" səhifəsindən də əldə edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəkdir.
Cari ildə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaqdır.

Həmin yerlərə ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.