İndoneziya prezidenti Azərbaycana rəsmi səfər edəcək
17 avqust, 2013 21:37
Gələn il İndoneziya prezidenti Susilo Bambaq Yudhoyono Azərbaycana rəsmi səfər edəcək.
ERtv xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto deyib.
Onun sözlərinə görə, səfərin həyata keçirilməsinə hazırlıq işləri görülür.
“2014-cü ildə İndoneziya və Azərbaycan prezidentlərinin qarşılıqlı rəsmi səfərləri olacaq. Bu il Azərbaycanda prezident seçkiləri olduğundan səfərlərin gələn il həyata keçirilməsi planlaşdırılıb. Bu səfərlər iki dost ölkənin münasibətlərinin daha da inkişafına böyük təkan verəcək”.