Ermənistan öz siyasətinin nəticəsində gündən-günə pis vəziyyətə düşür.
Bunu artıq müxtəlif beynəlxalq təşkilatlar da təsdiq edir.
Bu sözləri ERtv-yə Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqalər fakültəsinin dosenti, tarix elmləri namizədi, hərbi-siyasi analitik Niyaz Niyazov Qarabağda baş verəcək müharibəni şərh verəcək bildirib.
“Əgər müharibə Azərbaycan üçün ağır bir sınaq olacaqsa, Ermənistan üçün fəlakətə çevriləcək.
O ki qaldı orduların hazırlığına - burada bütün üstünlüklər Azərbaycan ordusu tərəfindədir.
Ancaq bu o demək deyil ki, müharibə yüngül gəzinti olacaq. Müharibə həmişə böyük və çox ağır sınaqdır. Qarşıda duran düşmən öz mövqelərini saxlamaq naminə hər şeyə hazırdı. Onu bu mövqelərdən qovmaq üçün ermənilərə çox hərbi zərbə vurmaq lazimdır. Ola bilsin ki bu, müharibə heç qısa müddətli olmayacaq. Ona görə Azərbaycan həm qısa müddətli, həm də uzun çəkən mübarizəyə hazır olmalıdı”,-deyə N.Niyazov əlavə edib.