Xəbərlər

Azərbaycanda günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlara başlanıb
16 avqust, 2013 19:40

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu ölkədə günəş və külək enerjisindən geniş istifadə olunması məqsədi ilə tədqiqatlara başlayıb.

ERtv APA-ya istinadən xəbər verir ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, azərbaycanlı alimlər günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışır.


Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış “Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin rəhbəri Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadır.

Layihə çərçivəsində Azərbaycan ərazisində atmosferin müxtəlif optik şəraitlərində günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılıb. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənib və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilib.

Bundan əlavə, günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır.

Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.