Xəbərlər

Milyonçu dövlətdən sosial yardım alırmış
16 avqust, 2013 19:36

Gürcüstanda milyonçunun da dövlətdən sosial yardım aldığı aşkara çıxıb.

ERtv-nin verdiyi xəbərə görə, Gürcüstan Əmək, Səhiyyə və Sosial Yardım Nazirliyinin Sosial İnkişaf Agentliyinin rəhbəri Noy Kinkladze brifinqdə deyib ki, gəlir xidməti agentliyə dövlətdən maddi yardım alan fərdi sahibkarların 2012-ci ildəki gəlirlərinə dair məlumat təqdim edib.

Alınan məlumatlar sosial cəhətdən müdafiə olunmayan ailələrə verilən yardımla müqayisə olunub.

Noy Kinkladzenin dediyinə görə, keçən il 1300-dən çox sahibkar ailəsi dövlətdən maddi yardım alıb və onların illik gəlirləri sosial cəhətdən müdafiə olunmayan ailələr üçün müəyyən edilən minimumdan çox yüksəkdir. Onların arasında hətta bir milyonçu da var.

Gəlir xidmətinin məlumatında Kutaisi şəhərindən olan sahibkarın illik gəlirinin 1 milyon laridən (1 dollar 1,65 laridir) çox olduğu göstərilir. Dörd fərdi sahibkar ailəsinin illik gəlirlərinin 500 mindən 1 milyon lariyədək, üç ailənin illik gəlirlərinin isə 300-500 min lari təşkil etdiyi bildirilib.

Yardım alanlar arasında illik gəliri 50 min laridən 300 min lariyədək olan çoxsaylı sahibkar ailəsinin də olduğu aşkarlanıb. Keçən il həmin ailələrə 1.167.356 lari məbləğində yardım olunub. Bu ilin avqust ayından etibarən onlara sosial yardım verilməsi dayandırılıb.

Agentliyin rəhbəri həmin ailələrin sosial-iqtisadi durumunun bir daha öyrəniləcəyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.