Bu ilin ötən dövrü ərzində 2753 investisiya layihəsinin maliyyələşdirilməsinə 211,9 milyon manat güzəştli kredit verilib.
ERtv xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması 8500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir:
Ş.Abdullayev qeyd edib ki, indiyədək (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,9 milyon manat güzəştli kredit verilib
Tədbirin sonunda Goranboy rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkar 2,9 milyon manat güzəştli kredit alıb.
Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.