Milli Məclisin (MM) qarşıdan gələn 2013-cü il payız sessiyası öz işinə, ilk açılış iclasına parlamentin daxili nizamnaməsinə əsasən sentyabr ayının sonuncu iş günündə, yəni, 30-da start verəcək.
Bunu ERtv-yə açıqlamasında MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu dilə gətirib.
Onun sözlərinə görə, MM-in daxili nizamnaməsinə əsasən əgər sentyabr ayının 30-u qeyri-iş gününə, yəni, istirahət və ya bayram gününə düşərsə, o zaman payız sessiyasının ilk iclası oktyabr ayının ilk iş günündə keçirilə bilər:
“Bu il isə sentyabr ayının 30-u birinci günə, yəni, iş gününə təsadüf etdiyi üçün parlamentin payız sessiyasının ilk plenar-açılış iclası da məhz həmin gün keçiriləcək”.
O, eyni zamanda bildirib ki, parlamentin komitələri isə daxili nizamnaməyə əsasən öz işlərinə sentyabrın 15-dən start verəcəklər.