Güləş üzrə Dünya çempionatının 2-ci günündə bir gümüş və bir bürünc
15 avqust, 2013 22:58
Gün.Az Bolqarıstanda gənclər arasında keçirilən güləş üzrə Dünya çempionatı çərçivəsində güləşin yunan-Roma növündə çıxış edən Azərbaycan idmançıları Abbas Abdullayev (120 kq) və Orxan Nuriyevin (84 kq) iştirakı ilə keçirilən həlledici qarşılaşmaların videolarını sizə təqdim edir.
Xatırladaq ki, A.Abdullayev finalda rusiyalı Sergey Semyonova məğlub olaraq yarışın gümüş mükafatını qazanıb, O.Nəbiyev isə bürünc medal uğrunda mübarizədə türkiyəli Doğan Göktaşdan üstün olub.