Prezident İlhamə Quliyevanı “Şərəf” ordeni ilə təltif edib
15 avqust, 2013 22:56
Prezident İlham Əliyev xalq artisti İlhamə Quliyevanı “Şərəf” ordeni ilə təltif edib.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri sərəncam imzalayıb:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda mahnı ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlərinə görə İlhamə Məzahir qızı Quliyeva “Şərəf” ordeni ilə təltif edilsin”.