Bu il Qafqaz İslam Ordusu tərəfindən Azərbaycanın düşmən işğalından qurtuluşunun 95-ci ildönümü ilə əlaqədar “Türküstan” qəzeti jurnalistlər arasında müsabiqə elan edib.
ERtv xəbər verir ki, müsabiqə 16 avqust - 9 sentyabr tarixlərini əhatə edir.
Müsabiqəyə göstərilən tarixlər arasında hazırlanan yazılar (qəzetlərdə) və televiziya reportajları təqdim oluna bilər.
Müsabiqədə münsiflər heyətinin müəyyənləşdirdiyi ilk 5 yeri tutan jurnalist Türkiyənin turizm bölgələrinə bir həftəlik istirahətə göndəriləcək. Digər 5 qalibə isə xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqəyə Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, “Lider Qadınlar” İctimai Birliyi və “Ortaq Dəyərlər” İctimai Birliyi dəstək verir.
Müsabiqə üçün hazırlanmış materiallar (qəzet və yazının elektron versiyası, videoreportajlar diskdə) Bakı şəhəri, Azadlıq pr. 51 ünvanına “Türküstan” qəzetinin redaksiyasına təqdim olunmalıdır.
Yazının sonunda “Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.