Gəncənin bir hissəsinə qazın verilişi dayandırılıb
15 avqust, 2013 22:53
Təmir işləri ilə əlaqədar olaraq Gəncənin ikinci hissəsinə təbii qazın verilişi dayandırılıb.
Gəncə şəhər Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibovun ERtv-nin bölgə müxbirinə verdiyi məlumata görə, şəhərin Dədə Qorqud küçəsində təmir işlərinin aparılması ilə əlaqədar olaraq bu gün saat 13:00 radələrindən etibarən şəhərin ikinci hissəsini təbii qazla təmin edən ikinci qaz xəttinə qazın verilişi dayandırılıb.
Nəticədə şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Adil İsgəndərov, Dədə Qorqud, Qoqol və bir neçə başqa küçələrində yaşayan iki minə yaxın vətəndaş yanacaqsız qalıb.
Ş.Nəsibov bu gün axşam saatlarında qazın verilişinin bərpa ediləcəyini bildirib.