İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin iyul ayında 500-dən çox müraciət daxil olub.
ERtv Nazirliyə istinadən xəbər verir ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 20700-dən çox müraciət edilib.
Nazirlikdən, həmçinin bildirilib ki, Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılaraq müvafiq tədbirlər görülüb.