Yeddi ayda 2,1% inflyasiya qeydə alınıb
15 avqust, 2013 22:41
Ölkədə üç ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunmaqdadır.
ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.7 faiz ucuzlaşıb.
Ötən ay xidmət tarifləri 0.1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb.
Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz bahalaşıb.