Xəbərlər

Razi Nurullayev: “Çox dəyərli olan zamanı itirməkdə davam edirik...”
15 avqust, 2013 22:35

Xalq Cəbhəsi Partiyası (AXCP) vətəndaşlıq problemini həll edə bilməyən Rüstəm İbrahimbəyovu artıq küncə sıxışdırır.

ERtv xəbər verir ki, AXCP sədri Əli Kərimlinin və müavinlərinin son çıxışlarında Milli Şuranın ehtiyat vahid namizədinin ən qısa vaxtda müəyyənləşdirilməsinin vacibliyi qeyd olunur.

Bu çərçivədə diqqət çəkən məqam bundan ibarətdir ki, AXCP sədri verdiyi açıqlamalarda özünün də Milli Şuranın vahid namizədi olmaq iddiasını daha qəti şəkildə büruzə verir.

Bir müddət əvvəl Milli Şuranın vahid namizədinin “nüfuzlu ziyalı”lardan birinin olacağını deyən Ə.Kərimli artıq qurumun yeni namizədinin siyasətçilər arasından müəyyənləşdirilməsinin mümkünlüyünü də qeyd edib.

AXCP sədrinin müavini Razi Nurullayev də özünün Facebook səhifəsində paylaşdığı statusda R.İbrahimbəyovun məsələsinə tezliklə aydınlıq gətirilməsinin vacibliyini yazıb:

“Milli Şura seçkilərə mütləq qatılmalıdır. Mütləq. O seçkidə iştirak üçün yaradılıb və bu missiyanı da sona çatdırmalıdır.

Milli Şura vahidlik platforması üzərində formalaşıb. Elə buna görə də bu status saxlanılmaqla, yeni bir namizədi tez də müəyyən etmək olar.

Rüstəm İbrahimbəyov inanıram ki, 19 avqustdan daha tez özünün namizəd olub-olmamasını söyləyə bilər. Bu MŞ-ya əlavə vaxt qazandıra bilər.

Çox istəyirik o olsun. Amma çox dəyərli olan zamanı itirməkdə davam edirik.
Seçkiyə isə qatılmalıyıq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.