Xəbərlər

Tarixi abidəyə gedən yolda baş verən qəzada 4 nəfər yaralanıb
14 avqust, 2013 22:48

Şəkinin dünyaca məşhur olan “Gələrsən-Görərsən” qalasına gedən yolda baş verən yol-nəqliyyat hadisəsi zamanı bəy də daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Bu barədə ERtv-nin bölgə müxbirinə Şəki Rayon Polis Şöbəsindən məlumat verilib. Bildirilir ki, Şəkinin Kiş kənd sakini 34 yaşlı Əfqan Tahirovun idarə etdiyi 66-BH-435 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə Şəki şəhər sakini 36 yaşlı İlham Vələdovun idarə etdiyi 90-VM-063 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobil aşıb. Bu zaman avtomobildə olan 5 nəfərdən 4-ü - sürücü Əfqan Tahirov və oglu 13 yaşlı Dəryal Tahirov, sərnişinlər Habil İsayev və Sahib Həsənov xəsarət alıb.

Hadisə şahidlərinin köməyi ilə xəsarət alanlar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hadisə nəticəsində “Jiquli” markalı avtomobil tamamilə yararsız hala düşüb.

İlkin araşdırmalarla məlum olub ki, hadisə “Jiquli”nin “Hyundai” markalı avtomobilin yoluna çıxması nəticəsində baş verib.

“VAZ-2106” markalı avtomobildə olanlar nişan mərasimindən gəlirmiş və onlar içkili vəziyyətdə olublar. Həmin avtomobildə bəy də olub və xöşbəxtlikdən o xəsarət almayıb.  

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.