Kürdən 11 yaşlı uşağın cəsədi çıxarıldı
14 avqust, 2013 22:47
11 yaşlı oğlan çayda boğulub.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2002-ci il təvəllüdlü Şahquliyev Şahin Ceyhun oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə düşüb.
Faktla bağlı dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarış aparılıb.
11 yaşlı uşağın cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.