Xəbərlər

Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan 35 milyon manat artıq olub
14 avqust, 2013 22:31

Bu ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1534,5 mln. manat təşkil edib.

Fonddan ERtv-yə verilən məlumata görə, bu da cari ilin proqnoz göstəricisindən 34,8 mln. manat və ya 2,3 faiz çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 31,0 mln. manat və ya 3,6 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,8 faiz və ya 100,4 mln. manat artaraq 885,4 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,4 faizi və ya 552,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 96 mln. manat və ya 21 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,5 faiz və ya 90 mln. manat yuxarı olub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib.

Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 48,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 36,7 faiz artıb.

Yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 333,0 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.