Yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1449,5 mln. manat təşkil edib.
Fonddan ERtv-yə verilən məlumata görə, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1421,3 mln. manat vəsait yönəldilib.
Bu göstərici isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 mln. manat və ya 1,8 faiz çoxdur.
Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 23,9 mln. manat artaraq 1386,8 mln. manat təşkil edib.
Yeddi ayda əhaliyə 34,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,1 faizi hamiləliyə və doğuma görə, 29,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,4 faizi dəfn üçün, 23,7 faizi isə digər müavinətlərin payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 28,2 mln. manat təşkil edib.