Yeddi ayda əhalinin gəlirləri 7%-dən çox artıb
14 avqust, 2013 22:28
Bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 18,9 milyard manata çatıb.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7% bəndi üstələyərək 5,8% olub.
Bu dövr ərzində gəlirlərin 68,9%-i son istehlaka, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 %-i kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 17,2 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artıb.